Fransa prezidenti Azərbaycan dilində paylaşım edib
SİYASƏT
21:45 08.03.2026
1166
"Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim”.
AZXEBER.COM xəbər verir ki, bunu "X” hesabında Fransa prezidenti Emmanuel Makron deyib.
Dövlət başçısı, həmçinin, Fransa vətəndaşlarının təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma görə də Azərbaycana təşəkkür edib.
"Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”, - Makron əlavə edib.