Fransa prezidenti fitə basıldı

DÜNYA
12:38 12.11.2013
969

I Dünya müharibəsinin ildönümünün qeyd edilməsi şərəfinə “Yelisey çölləri” prospekti ilə keçid zamanı Fransa prezidenti Fransua Ollandın maşın karvanı fitə basılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyası zamanı vətəndaşlar “Olland, istefaya get!” şüarını səsləndiriblər.“Le Monde” yazır ki, yekunda 73 nəfər saxlanılıb. Fransanın daxili işlər naziri (DİN) Manuel Vals təxribatçıların hərəkətlərini qəti olaraq pisləyib.“Bu qəbildən olan hadisələrdən respublikamızın dəyərlərinə hücum üçün istifadə etmək olmaz. Bu qeyri-məqbuldur, respublikanın dəyərləri şübhə altına alınmamalıdır və respublika tərəfindən buna cavab son dərəcə aydın olmalıdır”, - deyə DİN rəhbəri bildirib.Olland isə hələ ki, hadisə ilə bağlı heç bir şərh verməyib.

OXŞAR XƏBƏRLƏR