Fransa prokurorluğundan Makronla bağlı gözlənilməz addım: saxtakarlıqda ittiham edilir

Fransa prokurorluğundan Makronla bağlı gözlənilməz addım: saxtakarlıqda ittiham edilir
DÜNYA
01:00 25.11.2022
450
Fransa prokurorluğu Makronun prezident seçildiyi illərdə qanunsuzluq aşkarlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada prokurorluğun Emmanuel Makronun seçildiyi 2017 və 2022-ci illərdə prezident seçkiləri kampaniyalarının maliyyələşdirilməsində qanunsuzluq ittihamı ilə Yelisey Sarayı və hökumətin məsləhətçisi olan McKinsey şirkətinin rolu ilə bağlı araşdırma başlatdığı məlum olub.

Milli Maliyyə Prokurorluğunun verdiyi açıqlamaya görə, noyabr ayında başlanan istintaq, Makronun prezident seçildiyi 2017 və 2022-ci illərdə seçki kampaniyalarının maliyyələşdirilməsində qanunsuzluqları və məsləhət şirkətlərinin hansı şərtlərlə müdaxilə etdiyini araşdıracaq. 

Fransa Senatının yaratdığı komitə martın 17-də ictimaiyyətlə paylaşdığı hesabatda McKinsey-nin son 10 ildə korporativ vergi ödəmədiyini bildirib. 

Hesabatda qeyd olunub ki, 2018-2021-ci illərdə şirkət ilə müqavilələrin dəyəri iki dəfədən çox artaraq 1 milyard avroya çatıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR