Fransa qəzetsiz qaldı

DÜNYA
12:15 06.07.2012
1721

Buna səbəb nəşriyyatçıların tətil elan etməsi olub.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransada tipoqrafiya işçilərinin tətil elan etməsi səbəbi ilə 5 iyuldan etibarən qəzetlərin çapı dayandırılıb. 

Qəzetlərin böyük bir hissəsi öz materiallarını “pdf” formatında internetdə yerləşdirməklə daha gündəlik xəbərləri öz oxucularına çatdırıblar. Dünya nəşriyyat sənayesinin (WAN-IFRA) sözlərinə əsasən, tətilin səbəbi işçilərin kütləvi işdən çıxarılması olub. İşçilər dövləti vəziyyətə müdaxilə etməyə çağırıblar.

Qeyd edək ki, bu çap işçilərinin ilk tətili deyil. Məsələn 2011-ci ilin oktyabr ayında “Le Monde” qazeti belə bir halla üzləşmişdi.

Ruslan Həsənzadə

OXŞAR XƏBƏRLƏR