"Slovakiya Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsini bloklamayacaq".
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.
Bununla yanaşı, Y.Blanarın sözlərinə görə, Slovakiya "Drujba" neft kəmərinin fəaliyyətinin bərpası barədə təminat alana qədər Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklamaq niyyətindədir.











































