Netanyahu: İsrail ordusu Livanın cənubunda qalacaq

Netanyahu: İsrail ordusu Livanın cənubunda qalacaq
DÜNYA
02:46 17.04.2026
569
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra da İsrail Müdafiə Ordusu Livanın cənubundakı mövqelərində qalacaq.

Bu barədə "Ynet” portalı məlumat yayıb.

Netanyahu qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın xahişi ilə atəşkəs gecə yarısından qüvvəyə minəcək.

Onun sözlərinə görə, əgər yaxın 10 gün ərzində Livan hökuməti "Hizbullah”a qarşı real addımlar atmasa, İsrail bunu özü hərbi yolla edəcək.
OXŞAR XƏBƏRLƏR