Fransanın baş naziri Elizabet Borne İsrail-Fələstin münaqişəsinin davam etdiyi bir vaxtda tərəfləri Qəzzaya humanitar yardımın paylanması üçün "humanitar atəşkəs”ə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın baş naziri Elizabet Borne parlamentin plenar iclasında İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamalar verib.
"İsrailin özünü müdafiə etmək haqqı var” deyən Borne fələstinlilərin dövlətə sahib olmasını istədiyini bildirib.
Borne İsrail-Fələstin münaqişəsi zamanı minlərlə insanın, o cümlədən uşaqların öldüyünü vurğulayıb.
Qəzzada humanitar yardımın paylanması üçün "humanitar atəşkəs" çağıran Borne bunun daha sonra "atəşkəsə" töhfə verə biləcəyini bildirib.
Gülay