“Fransa bir sıra ölkələrə qarşı müstəmləkə siyasəti həyata keçirir” - Deputat

“Fransa bir sıra ölkələrə qarşı müstəmləkə siyasəti həyata keçirir” - Deputat
SOSİAL
15:25 02.03.2023
219
"Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq".
 
Bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

"Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, - deyə dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatı Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında Prezidentin bu fikirlərinə münasibət bildirib.

Deputat deyib ki, Fransa, doğrudan da həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan bir sıra ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir:

"Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi öz çıxışında Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı fikirlərini bildirdi və Fransanın bir sıra dövlətlərdən üzr istəməsinin mütləq olduğunu vurğuladı. Əsas məqam da ondan ibarətdir ki, Fransa, doğrudan da müstəmləkəçilik siyasəti yürüdərək həm Afrikada, həm Cənubi, Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə siyasətini həyata keçirir”. 

Arzu Nağıyev qeyd edib ki, Fransa, həmçinin Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır:

"Bundan başqa son vaxtlar Azərbaycan-Ermənistan arasında olan münaqişədən sonra sülh müqaviləsinin imzalanmasına xələl gətirən bir sıra addımlar da atır. Düşünürəm ki, məhz Ermənistana qarşı da öz müstəmləkəçilik siyasətini yürüdür, əvvəllər sadəcə siyasət idi, indi artıq jandarmanın göndərilməsi, silahlı qüvvələrin göndərilməsi istiqamətində addımlar atır. Yəni bu, bir daha Fransanın xislətindən, Fransanın xarici siyasətindən doğan bir məsələdir”. 

"Buna görə də, düşünürəm ki, soyqırımı aktlarına görə o, mütləq şəkildə üzr istəməli və törətdiyi əməllərə görə məsuliyyətini etiraf etməlidir. Yəni Fransanın xarici siyasəti ondan ibarətdir ki, 120 dövlət də bu haqda danışır. Onlar Fransanı xarici siyasətində dönüş etməyə çağırır”, - deyə deputat əlavə edib.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
18:30 17.03.2026
Dövlətə 8 milyon borcu olan sahibkar kimdir?
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
18:26 17.03.2026
Özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR/FOTO
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
18:21 17.03.2026
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
16:49 17.03.2026
Bakıda marketdən ərzaq oğurlayanlar həbs olundular - ANBAAN VİDEO
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert