Fransa səfirliyi: Vizalar əvvəlki qayda ilə verilir

SİYASƏT
17:28 18.11.2015
1160
Fransanın Azərbaycandakı səfirliyinin vizaların verilməsi qaydalarında heç bir dəyişiklik yoxdur.
Bu barədə Gün.Az-a Fransa səfirliyinin mətbuat xidmətindən deyiblər.
Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşlarına vizalar əvvəlki qayda ilə verilir.
Xatırladaq ki, noyabrın 13-də paytaxt Parisdə baş vermiş terror aktlarından sonra Fransaya səfər edənlərin sayında kəskin azalma baş verib.
Eyni zamanda vizaların verilməsinin dayandırılması barədə də məlumatlar var. Lakin səfirlik bu məlumatları təkzib edib.
OXŞAR XƏBƏRLƏR