Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır

Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır
DÜNYA
20:38 31.01.2024
158
Fransanın "Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə bir sıra KİV-lər məlumat yayıb.

Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı "Snecma” və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb.

"Safran Group” həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və "Patroller MALE” pilotsuz uçuş aparatları istehsal edir.
OXŞAR XƏBƏRLƏR