Fransa rəsmi surətdə Suriyaya hərbi müdaxilənin mümkünlüyünü etiraf edib. Fransa xarici işlər naziri Alen Jüppe BMT nizamnaməsinin 7-ci maddəsinin Suriya ilə bağlı vəziyyətdə tətbiq oluna biləcəyini bəyan edib. Sözügedən maddədə söhbət Təhlükəsizlik Şurasının sanksiyası ilə hərbi müdaxilədən gedir.