Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq
DÜNYA
23:49 26.03.2025
482
Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron söyləyib.

Yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər ("Mirage” təyyarələrinin təchizatı); "Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.

Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.

Xatırladaq ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.
OXŞAR XƏBƏRLƏR