"Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək" - Makron

"Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək" - Makron
DÜNYA
15:16 11.07.2023
142
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəklərini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Makron bunu NATO-nun Litvadakı sammiti zamanı jurnalistlərə açıqlamasında bildirib.
 
O həmçinin İsveçin NATO-ya daxil olması üçün dünən əldə olunan razılaşmanı alqışladığını bildirib.

Makron Finlandiyanın NATO üzvü kimi masa arxasında olmasından xoşbəxt olduğunu da söyləyib.

Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri NATO-nun şərq cinahında hərbi varlığını gücləndirdiyinə diqqət çəkən Makron 1000 Fransız əsgərinin Rumıniyada, 300 Fransız əsgərinin isə, Estoniyada olduğunu bildirib.

Avropa nəşrləri Fransanın Ukraynaya "SCALP" tipli raketlər göndərəcəyini yazırlar. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR