Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirdi

Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirdi
DÜNYA
23:26 25.09.2025
105
BMT-də keçirilən "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans iştirakçıları BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriblər.

AZXEBER.COM xəbər verir ki, aksiyada "Fransa müstəmləkəçilik erası başa çatdı”, "Bijuval razılaşmasına yox deyirik”, "Kanaki yaşayacaq, müstəmləkəçilik öləcək”, "Müstəqillik variant deyil, haqdır”, "Müstəmləkəçilik kanak xalqına qarşı cinayətdir” kimi, həmçinin Fransa və Niderland müstəmləkəçiliyinə qarşı digər şüarlar səsləndirilib, kanak xalqına məxsus bayraq qaldırılıb.

Aksiyada Fransanın digər Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinika, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərinin təmsilçiləri aksiya zamanı kanak xalqına dəstək veriblər.
OXŞAR XƏBƏRLƏR