Dünən 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Publika.Az-ın məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma olub.
Öncə meydana Almaniya və Braziliya komandaları çıxıb. Bu görüşdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya millisi yarımfinala yüksəlib. Bundestim bu mərhələdə Şimali Koreya ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 20:00-da Qana komandası Yaponiya ilə yarımfinala yüksəlmək uğrunda mübarizəsində 1:0 hesablı qələbə qazanıb.
1/2 final mərhələsində onların rəqibi fransalılar olacaq. Yarımfinal oyunları oktyabr ayının 9-da, final görüşü isə 13-də baş tutacaq.
Aygün İlqarqızı