Fransa və Ukrayna lideri arasında telefon danışığı təxirə salındı

Fransa və Ukrayna lideri arasında telefon danışığı təxirə salındı
DÜNYA
22:37 29.04.2022
355
Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı cümə günü (29 aprel- Red) deyil, şənbə günü (30 aprel - Red) baş tutacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "BFM” telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Telefon danışığının dəqiq vaxtı hələlik təsdiqlənməyib.

Qeyd edək ki, Makron Yuxarı Pireney departamentinə səfəri zamanı jurnalistlərə bildirib ki, bu gün axşam Zelenski ilə telefonla danışmaq niyyətindədir. O, Ukrayna prezidenti ilə müzakirə etməyi planlaşdırdığı mövzuları açıqlamayıb, lakin qeyd edib ki, Ukraynadakı vəziyyət hələ də narahatlıq doğurur.
OXŞAR XƏBƏRLƏR