Fransa və Ukrayna PUA-ları birgə inkişaf etdirmək barədə razılığa gəlib
DÜNYA
05:10 09.02.2026
457
Fransa və Ukrayna pilotsuz uçuş aparatlar (PUA) və digər müdafiə texnologiyalarını birgə inkişaf etdirmək üçün niyyət məktubu imzalayıblar.
Bu barədə Fransa Silahlı Qüvvələri naziri Katrin Votrin öz "X” hesabında məlumat verib.
"Mən həmkarım Ukraynanın Müdafiə naziri Mixaylo Fyodorov ilə, xüsusən də dronlar və məlumatların emalı sahəsində innovativ müdafiə həllərinin birgə hazırlanması və tətbiqi barədə niyyət məktubu imzaladım", - nazir bildirib.