Fransa XİN başçısı HAMAS-ı tərksilah olmağa çağırıb

Fransa XİN başçısı HAMAS-ı tərksilah olmağa çağırıb
DÜNYA
11:37 03.08.2025
223
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro HAMAS-ı tərksilah olmağa çağırıb.
 
AZXEBER.COM xəbər verir ki, Jan-Noel Barro bu barədə X-da paylaşım edib.

Fransa XİN başçısı bildirib ki, HAMAS israilli girovları hər hansı şərt irəli sürmədən azad etməli, tərksilah olmalı və Qəzzanın idarə edilməsindən kənarlaşdırılmalıdır.

Jan-Noel Barro Qəzza sakinlərinə böyük həcmdən humanitar yardım göstərilməsinə də çağırış edib.

///APA
OXŞAR XƏBƏRLƏR