Fransa yığması dünya çempionatından kənarlaşdırıla bilər

İDMAN
19:21 22.11.2023
331
17 yaşadək futbolçulardan ibarət Fransa yığması İndoneziyada keçirilən dünya çempionatından kənarlaşdırıla bilər.

Buna səbəb hücumçu Yanis İssufunun eyni turnirdə iki fərqli komandanın heyətində çıxış etməsidir.

Fransanın "Monpelye” klubunun oyunçusu buna qədər seçmə mərhələdə Niger yığmasının heyətində meydana çıxıb. FIFA-nın qaydalarına görə, bir futbolçunun eyni turnirdə iki fərqli komandada oynaması qadağandır.

Fransızlar hər ehtimala qarşı Yanis İssufunun adını 1/8 finalda Seneqalla keçirilən görüşün iştirak ərizəsinə salmayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR