Fransanın “Canal +” telekanalında əyləncəli proqramlardan birinin və hava proqnozu buraxılışının aparıcısı Doriya Tillye Fransa yığmasının birinci oyunda Ukraynaya məğlub olmasından sonra söz vermişdi ki, əgər futbol üzrə Fransa yığması Ukraynaya qalib gəlib mundiala düşə bilsə, o çılpaq şəkildə hava proqnozu verilişini aparmağa çıxacaq.
AZXEBER.COM-un verdiyi xəbərə görə, cavab oyununda Fransa yığması 3:0 hesabı ilə qalib gəldi və Tillye öz verdiyi sözü tutmalı oldu.Fransalı teleaparıcı yaranmış vəziyyətdən qeyri-adi yolla çıxdı və eyni zamanda verdiyi sözü tutdu.AZXEBER.COM fransalı teleaparıcının həmin videosunu oxuculara təqdim edir.