Fransada 16 min hektardan çox ərazini yandıran yanğın nəzarət altına alınmayıb

Fransada 16 min hektardan çox ərazini yandıran yanğın nəzarət altına alınmayıb
DÜNYA
14:21 07.08.2025
168
Fransanın cənubundakı Aude departamentində baş verən və artıq 16 min hektardan çox ərazini yandıran yanğın hələ də nəzarət altına alınmayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, avqustun 5-də Aude departamentinin Rubaute şəhərində baş verən yanğın külək və həddindən artıq istilər səbəbindən minlərlə hektar ərazini əhatə edib.

İndiyədək yanğın 15 şəhəri əhatə edib, 36 ev və 40-a yaxın avtomobil yanıb. Yanğın zamanı 11 yanğınsöndürən də daxil olmaqla 13 nəfər xəsarət alıb, 65 yaşlı qadın ölüb.

Təxminən 2000 yanğınsöndürən və təyyarənin havadan mübarizə apardığı yanğın hələ də nəzarət altına alınmayıb və 16 min hektardan çox ərazi məhv edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR