Fransada 3 günlük matəm elan edildi

DÜNYA
00:10 08.01.2015
991

Fransada bugünkü terror aktı nəticəsində çoxsaylı insanın ölümü ilə bağlı matəm elan edilib. Musavatc.om-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Fransua Olland qərar qəbul edib.

“Yanvarın 8-dən ümummilli matəm günü olacaq. Həlak olanların naminə biz azadlıq ideallarını qorumaqda davam edirik”, - deyə o, televiziya ilə xalqa müraciətində qeyd edib.

Matəm günü ilə bağlı sabahdan etibarən Fransanın bütün dövlət binalarında bayraqlar 3 günlüyə endiriləcək.

musavat.com

OXŞAR XƏBƏRLƏR