Fransada azərbaycanlıların döyülməsi ilə bağlı cinayət işi qaldırıldı

MAQAZİN
13:11 05.03.2013
1490

"Biz baş vermiş hadisə ilə bağlı şikayət etmişik. Bununla bağlı istintaq gedir".

Fransanın Milli Assambleyasında keçirilən tədbir zamanı ermənilər tərəfindən iki azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı polis cinayət işi açıb. Azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunublar. Bu barədə Modern.az-a Fransadakı “Azərbaycan Evi”nin rəhbəri, bu hadisədə xəsarət almışMirvari Fətəliyevabildirib. “Biz baş vermiş hadisə ilə bağlı şikayət etmişik. Bununla bağlı istintaq gedir”, - deyə M.Fətəliyeva vurğulayıb. “Hələlik hadisənin təsiri altındayam və çox yorğunam. Bundan artıq dəqiq informasiya verə bilmirəm. İstintaq davam edir və nəticələrin nə zaman açıqlanacağını bilmirəm”.

OXŞAR XƏBƏRLƏR