Fransanın Arras şəhərində bir məktəbə bıçaqla hücum edən müəllim boğazı kəsilərək öldürülüb.
AZXEBER.COM xəbər verir ki, böyük panikaya səbəb olan hücumdan sonra prezident Makronun da şəhərə gedəcəyi açıqlanıb.
BFM TV-nin məlumatına görə, bir nəfər müəllimlərə hücum edib. Hadisə zamanı boğazı kəsilən fransız müəllim ölüb, yaralananlar var.
20 yaşlarında olan qatil hadisə yerində saxlanılıb. Hadisə zamanı tələbələrə sinif otaqlarını tərk etməmək barədə xəbərdarlıq edilib.
Gülay