Fransada bomba xəbərdarlığı zənglərinə görə beş lisey bağlanıb

Fransada bomba xəbərdarlığı zənglərinə görə beş lisey bağlanıb
DÜNYA
18:56 29.09.2023
221
Fransanın paytaxtı  Parisin cənub-şərqindəki Val-de-Marn departamentindəki  beş lisey bomba xəbərdarlığı zənglərinə görə müvəqqəti olaraq bağlanıb.

Məlumata görə, zəng edənlər "Əl-Qaidə” terror təşkilatı adından hərəkət etdiklərini iddia ediblər. Hadisə yerində polis itləri işləyir. Şagirdlər təxliyə edilib. Hələlik heç bir partlayıcı obyekt aşkar edilməyib.

Qeyd edək ki, tədris ilinin başlanmasından sonra təhsil müəssisələrində bomba qoyulması ilə bağlı yalan məlumatların verilməsi halları daha da artıb.
OXŞAR XƏBƏRLƏR