Fransada buster doza ilə əsas doza arasındakı vaxt azaldılıb

DÜNYA
05:57 26.11.2021
320
Fransa COVİD-19-la mübarizədə yeni qaydalar tətbiq edir.

APA-nın xəbərinə görə, dekabrın 15-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar təkrar vaksinasiyadan keçməsələr onlara verilmiş sağlamlıq sertifikatları etibarsız sayılacaq.

Yanvarın 15-dən isə eyni qaydalar 18 yaşdan yuxarı hər kəsə şamil ediləcək. Bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib. İlkin dozalarla buster doza arasındakı vaxt 5 aya endirilib. Bundan əlavə, sabahdan etibarən qapalı məkanlarda, eləcə də Milad bazarlarında maskadan istifadə məcburi olacaq.

OXŞAR XƏBƏRLƏR