Fransada COVID-19-dan ölənlərin sayı 17 mini keçdi

Fransada COVID-19-dan ölənlərin sayı 17 mini keçdi
DÜNYA
22:23 15.04.2020
1539
Fransada bir gündə 1 438 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, ölkədəki xəstəxanalar, tibbi və sosial təşkilatlarda olan 17 167 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Onun sözlərinə görə, Fransada virus daşıyıcılarının sayı isə 106 206 nəfərə çatıb. 
 
///Report
OXŞAR XƏBƏRLƏR