Fransada dağa qalxan iki alpinist faciəvi şəkildə öldü

DÜNYA
15:06 22.08.2024
120
Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blank dağına çıxan iki ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılaraq ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən Fransanın Yuxarı Savoya əyalətindəki dağda baş verib.

Səlahiyyətlilər, 26 və 27 yaşlı iki ispan alpinistin Mont Blank zirvəsinə qalxarkən 350 metrdən yıxıldığını açıqlayıb.

Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları eniş zamanı qayanı kəndirləri ilə sınamaq istəyərkən yıxılan iki alpinistin cəsədini aşkar ediblər.

Qəzadan sağ çıxan digər alpinist isə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR