Fransada etiraz aksiyaları zamanı təxminən 2400 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı təxminən 2400 nəfər saxlanılıb
DÜNYA
00:04 19.10.2026
104
Oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2397 nəfər saxlanılıb.

Bu barədə "Agence France-Presse" (AFP) Fransa Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin məlumatına görə, toqquşmalarda 997 polis və jandarma əməkdaşı yaralanıb, onlardan yeddisinin xəsarəti ağırdır.

Fransa Prezidenti Emmanuel Makron bazar günü axşam xalqa təcili müraciətində hökumətdən nümayişlərlə müşayiət olunan genişmiqyaslı küçə iğtişaşlarının təkrarlanmasının qarşısını almaq üçün sərt tədbirlər görməyi tələb edib.

O, iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını, mağazaların talanında və binaların dağıdılmasında iştirak edənlərdən kompensasiya tələb ediləcəyinə söz verib.

///report///
OXŞAR XƏBƏRLƏR