Fransada etiraz aksiyası bir nəfərin ölümünə səbəb olub

Fransada etiraz aksiyası bir nəfərin ölümünə səbəb olub
DÜNYA
19:46 23.01.2024
172
Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının rəhbəri Arno Russo bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.

Qeyd edilib ki, bu magistral etiraz aksiyası səbəbindən fermerlər tərəfindən qismən bağlanıb.

Xatırladaq ki, fermerlər Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərinin azalmasından narazıdırlar. Onlar həmçinin Avropa İttifaqının bu sahədəki bürokratik prosedurlarının sadələşdirilməsini tələb edirlər.
 
///Report
OXŞAR XƏBƏRLƏR