Etiraz edən fermerlər traktorlarla Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya binasına gəliblər. Burada kənd təsərrüfatı haqqında qanun layihəsinin müzakirəsinə başlanılır.
Bu barədə Fransa KİV-i məlumat yayıb.
Onlarla traktor birbaşa parlament binasının qapıları qarşısında yerləşib. Onlara aksiyaya təşkilatçılıq edən FNSEA və "Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının bayraqları bərkidilib.
Məlumata görə, aksiyaya təxminən 200 nəfər qoşulacaq. Təşkilatçıların sözlərinə görə, aksiya şəhər prefekturası ilə razılaşdırılıb.
Bildirilib ki, aqrarçılar qanun layihəsini dəstəkləyirlər, lakin sol partiyalardan olan deputatların təklif etmək niyyətində olduqları çoxsaylı düzəlişlər səbəbindən müzakirənin uzanacağından qorxurlar.
///report