Fransada etirazlar: 400-dən çox insan saxlanıldı

Fransada etirazlar: 400-dən çox insan saxlanıldı
DÜNYA
21:49 10.09.2025
169
Fransada ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı 473 nəfər saxlanılıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyi məlumat yayıb.

Saxlanmalar çərşənbə günü səhər saatlarından etibarən Fransanın müxtəlif regionlarında həyata keçirilib. Etirazlarda iştirak edənlərin dəqiq sayı açıqlanmayıb.

8 sentyabr tarixində Fransa Baş naziri Fransua Bayru hökuməti deputatların ona etimadsızlıq göstərməsindən sonra istefa verib.

Eyni zamanda, Parisdə etirazçılar küçələri bağlayır və kütləvi hərəkət olan "Hamını blok edək” çərçivəsində atəşlər yandırırlar. Bu aksiyalar hökumətin sərt iqtisadi tədbirlərinə etiraz olaraq keçirilir.

Etirazlarda təxminən 100 min nəfər iştirak edir. Vətəndaşların narazılığına səbəb 2026-cı ilin dövlət büdcəsi layihəsi olub. Hökumət planlaşdırırdı ki, əvvəlcədən nəzərdə tutulan €40 mlrd əvəzinə €43,8 mlrd qənaət etsin. Layihəyə görə, pensiya və sosial müavinətlər indekslənməyəcək, heç bir nazirliyin büdcəsi artırılmayacaq, yalnız Müdafiə Nazirliyinin büdcəsi artırılacaq.
OXŞAR XƏBƏRLƏR