Fransada gecə klubunda atışma olub, ölənlər var

Fransada gecə klubunda atışma olub, ölənlər var
DÜNYA
14:25 21.05.2023
168
Fransanın Marsel şəhərində gecə klubunun qarşısında baş verən atışmada azı üç nəfər ölüb.

Belə ki, naməlum şəxs avtomobildən 5 nəfərin olduğu dayanacağa "Kalaşnikov” avtomatından atəş açıb. Üç nəfər ölüb, digər ikisinin vəziyyəti isə açıqlanmır.

Hadisədən bir müddət sonra atəş açılan avtomobil yanmış halda tapılıb.
OXŞAR XƏBƏRLƏR