Fransanın şərqində Savoy departamentində helikopterin qəzaya uğraması nəticəsində beş nəfər ölüb.
"RİA Novosti” bu barədə departamentin prefekturu Paskal Bolaudın açıqlamasına istinadən xəbər yayıb.
Helikopterin pilotu katapult etməyi bacarıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Fəlakətin səbəbləri dəqiqləşdirilir.