Fransada hökumət üzvləri "Telegram”, "WhatsApp” proqramlarından istifadə etməyəcəklər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Le Figaro”nun xəbərinə görə, Baş Nazirlik tərəfindən verilən tapşırıqda hökumət nümayəndələrinə telefonlarından "Telegram”, "WhatsApp” kimi mesajlaşma proqramlarını silmələri istənilib.
Məxfi məlumatları ehtiva edən görüşlər üçün təhlükəsizliyi gücləndirməyi hədəfləyən tapşırıqda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli "Olvid” mesajlaşma tətbiqini quraşdırmalı olduğu qeyd edilib.
Qeyd edək ki, "Olvid” proqram şirkəti 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən təsis edilib.
Ayşən