Fransada ifrat sağçılar qalib gəldi, Makron uduzdu

Fransada ifrat sağçılar qalib gəldi, Makron uduzdu
DÜNYA
11:45 01.07.2024
170
Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunun qalibi 34 faiz səslə birinci yerdə qərarlaşan ifrat sağçı Milli Birlik Partiyası olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransada keçirilən ümumi seçkilərdə ilk dəfə olaraq ifrat sağçı partiya birinci olub.

Milli Birlik Partiyasının 34 faiz səs alması 2022-ci ildən bu yana partiyaya dəstəyin iki dəfə artdığının göstəricisidir. 

Lakin bu nəticə Milli Məclisdə çoxluğu təmin etmək üçün yetərli olmaya bilər. 

"Ipsos"un hesablamalarına görə, Le Pen və onun müttəfiqi Respublikaçılar Partiyası (Les Républicains) 230-280 arası mandata sahib ola bilər. 

Mütləq çoxluğun 289 olduğunu nəzərə alsaq, bu olduqca aşağı göstəricidir.

Prezident Emmanuel Makronun Avropa Parlamenti (AP) seçkilərində zəif çıxışından sonra erkən seçki çağırışı etməsi gedişatı dəyişə bilməyib. 

Makronun partiyası Rönesansın rəhbərlik etdiyi Ansambl Alyansı cəmi 20,3 faiz səs toplayıb.

Qeyd edək ki, dörd əsas solçu partiya olan, Sosialistlər, Yaşıllar, Boyun əyməyəb Fransa (LFI) və Kommunistlərdən ibarət Yeni Xalq Cəbhəsi (NFP) edilən sorğulara görə 28,1% səs toplayaraq ikinci yerdə qərarlaşıb.

Oksana
OXŞAR XƏBƏRLƏR