Fransada karantin rejiminin müddəti artırıldı

Fransada karantin rejiminin müddəti artırıldı
DÜNYA
23:42 13.04.2020
1699
Fransada COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış karantin rejimi mayın 11-ə kimi uzadılıb.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində bildirib.

"Mayın 11-dən etibarən biz yeni mərhələyə qədəm qoyacağıq”, - ölkə prezidenti deyib.

E.Makron bildirib ki, həmin gündən etibarən ölkə ərazisindəki ali, orta məktəblər, uşaq bağçaları qapılarını tələbələrin, şagirdlərin, uşaqların üzünə açacaq. Lakin restoranlar, kafelər, teatrlar, kinoteatrlar, muzeylər, sərgilər və digər mədəniyyət ocağları iyulun ortalarına qədər bağlı qalacaq.

E.Makronun sözlərinə görə, yeni qərara qədər ölkənin sərhədləri də bağlı saxlanılacaq.

Xatırladaq ki, Fransada koronavirusun yayılmasının qarşısının alınması üçün karantin rejimi martın 17-də tətbiq edilib və ölkədə vətəndaşların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb. Həmin gündən ölkə əhalisi istisna hallarda evdən çölə çıxa bilir.

Bu günə qədər Fransada 14 967 nəfər koronavirusun qurbanı olub.
OXŞAR XƏBƏRLƏR