Fransada kilsəyə hücüm – FOTO

SOSİAL
14:22 26.07.2016
1146
Hadisə yerinə çevik reaksiya dəstəsi çağrılıb.
Fransanın Sent-Etyen-dyu-Ruvre şəhərində bıçaqla silahlanmış iki nəfər kilsədə bir neçə nəfəri girov götürüb.
Bu barədə “Reuters” agentliyi polisdəki mənbəyə istinadən məlumat yayıb.
İlkin məlumata görə, 4-6 nəfər girov götürülə bilər.
“Le Figaro” qeyd edir ki, hücum edənlər arxa qapıdan gəliblər. Nəşrin məlumatına görə, hələ beş nəfər girov qalıb. Kilsə xidmətçilərindən biri qaçmağa müvəffəq olub və polis çağırıb.
Hadisə yerinə çevik reaksiya dəstəsi çağrılıb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR