Fransada küçə və prospektlər su altında qalıb

DÜNYA
16:13 23.09.2024
142
Fransanın Kann şəhərini şiddətli qasırğa vurub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Təhlükəsizlik tədbirləri çərçivəsində bəzi məntəqələr nəqliyyata bağlanıb.
 
Fransanın cənubundakı Kann şəhərində leysan yağışlar səbəbindən küçə və prospektləri su basıb. Kann Bələdiyyəsinin X hesabında edilən şərhdə, şəhərdə bəzi yerlərdə dolu ilə müşayiət olunan şiddətli qasırğanın olduğu açıqlanıb.
 
Su basmış yollarda avtomobillərdə sürücülər köməksiz vəziyyətdə qalsalar da, sel nəticəsində can itkisi yaşanmayıb. Kann Bələdiyyəsi şəhər sakinlərinə səyahətlərində diqqətli olmaları barədə xəbərdarlıq edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR