Fransanın İzere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransanın İzere Qubernatorluğundan verilən açıqlamada səhər saatlarında Qrenobl şəhərində 8 məktəbə bomba təhdidi edildiyi bildirilib.
Açıqlamada məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.
Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı heç bir məlumat paylaşmayıb.
Gülay