Fransada məsciddə Quran yandıran şəxs həbs edildi

Fransada məsciddə Quran yandıran şəxs həbs edildi
DÜNYA
11:55 04.06.2025
314
Fransanın Ron əyalətinin Villeurbanne şəhərində məscidə girərək Quran yandıran şəxs tutulub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iyunun 2-də Villeurbanne şəhərindəki Errahma məscidində müsəlmanlara qarşı etiraz aksiyası keçirən şübhəli Lion şəhəri yaxınlığında nəzarətə götürülüb.

Lion Prokurorluğu şübhəlinin "psixoloji cəhətdən kövrək" vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Errahma məscidində bir nəfər səhər namazına 20 dəqiqə qalmış məscidə girərək Quranı yandırıb.

Həmin şəxs yandırdığı Quranın qalıqlarını məscidin qapısına qoyaraq hadisə yerindən qaçıb.
 
Gülay
 
OXŞAR XƏBƏRLƏR