Fransanın məşhur "Adrien Dübuş" Muzeyindən 2 ədəd keramik boşqab və 9 milyonluq avro dəyərində vaza oğurlanıb.
AZXEBER.COM Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Oğurluqla bağlı araşdırmalara başlanılıb.
Fransanın mədəniyyət naziri Raşida Dati sosial şəbəkədə hüquq-mühafizə orqanlarının oğruların tutulması üçün hərəkətə keçdiyini bildirib.
Qeyd edək ki, "Adrien Dübuş" Muzeyində antik dövrdən bu günə qədər keramika tarixinin mühüm mərhələlərini əks etdirən 18 mindən çox əsər var.
Mikayıl