Fransada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb

Fransada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb
DÜNYA
19:53 13.10.2023
212
Fransada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb.

Hadisə ölkənin şimalında, Arras şəhərində qeydə alınıb.

Bıçaqlı şəxs məktəbə hücum edərək bir müəllimi öldürüb və bir neçə nəfəri yaralayıb.

Fransa daxili işlər naziri Jerald Darmanen "X” sosial şəbəkəsində Arras şəhərindəki liseydə polisin əməliyyatı keçirdiyini yazıb. Daxili işlər naziri hücum edən şəxsin polis tərəfindən tutulduğunu qeyd edib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR