Fransada parlament seçkilərinin birinci turunda Makronun rəhbərlik etdiyi koalisiya üçüncüdür

Fransada parlament seçkilərinin birinci turunda Makronun rəhbərlik etdiyi koalisiya üçüncüdür
DÜNYA
22:25 30.06.2024
240

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı "Milli Birlik" partiyası liderlik edir. 

Bu barədə "BFM TV” telekanalı məlumat yayıb.

Beləliklə, "Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu "Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb. 

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi "Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür./apa

OXŞAR XƏBƏRLƏR