Fransada radikal partiya liderinə qarşı araşdırmalar başlandı

Fransada radikal partiya liderinə qarşı araşdırmalar başlandı
DÜNYA
13:54 09.07.2024
124
Fransanın radikal sağçı partiya lideri Marin Le Penə qarşı araşdırma başlayıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Le Penin 2022-ci ildəki seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirildiyi iddia olunur.

Məlumata görə, Paris Prokurorluğu Le Peni şübhəli bilərək istintaqa başlayıb.

Hər seçkidə namizədlərin təşviqat hesablarını yoxlayan və limitlər daxilində qalıb-qalmamasını təhlil edən komissiyanın bu il hazırladığı hesabat əsasında araşdırma qərarı verilib.

Xatırladaq ki, Fransada 2022-ci ildə prezident Emmanuel Makron Le Penə 58,55 faiz səslə qalib gəlib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR