Bu gün Fransada prezident seçkilərinin birinci turu keçirilib.
Fransada və onun Qərb yarımkürəsindəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.
AZXEBER.COM Milli.az-a istinadən bildirir ki, seçkilərdə Fransanın hazırkı prezidenti Emmanuel Makron da daxil olmaqla 12 namizəd iştirak edir. Onun əsas rəqibi "Milli Assosiasiya"nın namizədi, deputat Marine Le Pendir.
Fransada seçkilərin ilkin nəticələrinin ekzit-pol sonuclarına görə, Emmanuel Makron səslərin 27,5 faizi ilə liderdir. Mari Le-Pen 22 faiz səs toplayıb.
Jan-Lyuk Melanşon 15,7 faizlik nəticə ilə üçüncü yerdədir.
Erik Zemmur və Valeri Pekres isə 10 faizlik barajı keçə bilməyiblər.
Seçkilərin 2-ci turunda çox yəqin Melanşon səslərini Makrona verəcək.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər.