Fransanın cənubunda yəhudilərin ibadət yeri olan sinaqoqu yandırmağa cəhd edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, atılan molotof sinaqoqun bir qədər kənarına düşərək ətrafdakı 2 avtomobili yandırıb.
Hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb. Hadisəni törədən təxribatçı isə artıq yaxalanıb.
Ölkənin yəhudi icması bu hadisələri dayandıra bilmədiklərinə görə Fransanın məsuliyyət daşıdığını bildiriblər.
Cəmalə