Fransada bir hakimin və onun anasının kriptovalyuta ilə fidyə tələb edən dəstə tərəfindən qaçırılması ilə bağlı altı şübhəli həbs edilib.
AZXEBER.COM xəbər verir ki, Lion Dövlət Prokurorluğu fevralın 7 və 8-də baş verən hadisə ilə əlaqədar dörd kişi, bir qadın və bir azyaşlının saxlanıldığını açıqlayıb.
Hadisə Fransanın cənub-şərqində yerləşən Drom əyalətində baş verib. Məlumata görə, fransız hakimi və onun anası naməlum şəxslər tərəfindən qaçırılıb, hakimin həyat yoldaşından isə kriptovalyuta ilə fidyə tələb olunub.
Təxminən 200 polis əməkdaşının iştirak etdiyi genişmiqyaslı axtarış-xilasetmə əməliyyatından sonra qaçırılan şəxslər fevralın 6-da Burq-le-Valens qatar stansiyasında yaralı vəziyyətdə tapılıb. Bundan sonra şübhəlilərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyatlar intensivləşdirilib.
Bildirilib ki, istintaq çərçivəsində kriptovalyutadan istifadə edən və varlı şəxsləri hədəf alan adam oğurluğu və şantaj şəbəkələrinin fəaliyyəti də araşdırılır.










































