Fransada nümayişlərin 6-cı gecəsində həbslər davam edərkən, etirazların xərci 1 milyard avronu keçib.
AZXEBER.COM xəbər verir ki, bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo "Le Parisien” qəzetinə müsahibəsində deyib.
O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb.
"Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir", - o deyib.
MEDEF rəhbəri vurğulayıb ki, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb. 250-yə yaxın tütün mağazası da qarət edilib. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən yandırılan yanğınlardan da əziyyət çəkirlər.
Gülay