Fransada üzgüçülük yarışı Sena çayında suyun keyfiyyətinə görə ləğv edilib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi təşkilatçılara istinadən məlumat yayıb.
Belə ki, avqustun 17-dən 20-dək Parisdə keçirilən triatlon çempionatının təşkilatçıları Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən yarışdan imtina ediblər.
Bundan əvvəl Beynəlxalq Üzgüçülük Federasiyası avqustun 6-da Parisdə keçirilən Dünya Kubokunu Sena çayının həddindən artıq çirklənməsinə görə ləğv edib.
Mütəxəssislər yenidən suda E. coli (Escherichia coli) miqdarının artdığını qeyd ediblər. Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına görə suda bu bakteriyanın maksimal səviyyəsi 100 ml suya 1 min CFU (koloniya əmələ gətirən vahidlər) təşkil edir.